Kadırovun qızına vəzifə verildi
    • 1-02-2024, 10:55
    • 171

Kadırovun qızına vəzifə verildi

Çeçenistan rəhbərinin qızı  Xutmat Kadırova administrasiya rəhbərinin sosial blokla qarşılıqlı əlaqə üzrə birinci müavini vəzifəsinə təyin edilib. 

News24.az xəbər verir ki, bu barədə respublika başçısı Ramzan Kadırov özünün Telegram kanalında yazıb.

Çeçenistan rəhbəri və hökumətinin administrasiyasının rəhbəri Qalas Taimaxanov bu vəzifəyə Kadırovun qızının təyin edilməsini təklif edib. Kadırovun sözlərinə görə, o, Xədicatın Qroznı meriyasının məktəbəqədər təhsil şöbəsinin müdiri kimi nailiyyətlərini qeyd edib.

“Xutmat Kadırova böyük ümumrusiya forum və sammitlərində fəal iştirak edir və daxili siyasi vəziyyətə yaxşı bələddir. Mən təklifi təsdiqlədim”, – deyə Kadırov yazıb.

Mehriban Mirzəzadə