-
- 1-02-2024, 12:02
- 255
"İşğaldan azad edilən ərazilərdə bələdiyyələr formalaşdırılacaq"
Bu ilin sonunda ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Təklif edərdim ki, Seçki Məcəlləsi sadələşdirilsin.
News24.az xəbər verir ki, bunu Milli Məclisin 2024-cü il yaz sessiyasının ilk iclasında millət vəkili Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycanda bələdiyyələrin sayı çoxdur və azaldılmalıdır:
« Türkiyə kimi böyük ölkədə 800-ə yaxın bələdiyyə var. Azərbaycanda isə bu say 1600-ə yaxındır. Bu say həddindən artıq çoxdur, say azaldılmalıdır. Daha bir təklifim ondan ibarətdir ki, bələdiyyə sədrləri birbaşa seçicilər tərəfindən seçilsin. Növbəti təklifim isə namizədlərin təqdim etdiyi sənədlə bağlıdır. Bir şəxsin namizəd olması üçün 60 səhifəlik sənəd təqdim edilir. Prezidentliyə namizəd olan şəxs də eyni sayda sənəd təqdim edir. Bu proses də sadələşdirilməlidir»
Siyavuş Novruzov əlavə edib ki, işğaldan azad edilən ərazilərdə də bələdiyyə sistemi formalaşdırılacaq.
Qumral Əliyeva