Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı MÜƏYYƏNLƏŞDİ
    • 18-10-2019, 16:28
    • 880

Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı MÜƏYYƏNLƏŞDİ

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. 
News24.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib. 

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır. 
M. Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.