BDU-nun tələbəsi vəfat etdi - FOTO
    • 1-02-2024, 15:23
    • 694

BDU-nun tələbəsi vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin tələbəsi vəfat edib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda universitetin rəsmi səhifəsində məlumat yayılıb.

2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuş Şahin Əliyev Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Qrup nümayəndəsi kimi daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

Allah rəhmət eləsin!