Azərbaycanda tələbə vəfat etdi
    • 6-01-2024, 17:56
    • 637

Azərbaycanda tələbə vəfat etdi

Bakı Dövlət Universitetinin tələbəsi vəfat edib.

News24.az xəbər verir ki, bu barədə universitetin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, SABAH qruplarının  Kompüter elmləri ixtisasının III kurs tələbəsi olan Qasımov Sənan Mahir oğlu dəm qazından boğularaq ölüb.

BDU rəhbərliyi tələbəmizin faciəli vəfatından kədərlənir və ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!" - BDU-nun yaydığı məlumatda belə deyilir.