Qatarla avtomobil TOQQUŞDU: Bir ailənin 5 üzvü öldü
    • 1-02-2024, 16:31
    • 606

Qatarla avtomobil TOQQUŞDU: Bir ailənin 5 üzvü öldü

Özbəkistanda qatarla avtomobil toqquşub.

News24.az bildirir ki, hadisə nəticəsində bir ailənin 5 üzvü dünyasını dəyişib.

Qəza Surxandəryada dəmiryol keçidində baş verib. İlkin məlumata görə, sürücü qatarın qarşısındakı keçidi keçmək istəyən zaman baş verib.

Maşında yeddi nəfər olub: sürücünün 64 yaşlı anası, onun 29 yaşlı arvadı və üç uşağı - 12 yaşlı qızı, doqquz yaşlı oğlu və beş yaşlı qızı vəfat edib.

35 yaşlı sürücünün özü və iki yaşlı oğlu xəstəxanaya yerləşdirilib. Onun iki yaşlı oğlu da xəstəxanada idi.

Onların vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.

Aynurə