Azərbaycanda dəhşətli qəzada xəsarət alanların ADLARI
    • 9-11-2023, 20:14
    • 461

Azərbaycanda dəhşətli qəzada xəsarət alanların ADLARI

Ağsu rayonunun Qaraqoyunlu kəndində baş verən ağır qəzada xəsarət alanların kimliyi bəlli olub.

News24.az report-a istinadən xəbər verir ki, bunlar Ağsu sakinləri - VAZ-2107-nin sürücüsü, 32 yaşlı Abdıyev Malik Səlim oğlu, hər iki avtomobilin (digər avtomobil "Mercedes"dir - red) sərnişinləri - 33 yaşlı Osmanlı Afaq Nizaməddin qızı, 63 yaşlı Qurbanova Nəzakət Alməmməd qızı, 65 yaşlı Abbasov Kamil Musaxan oğlu, sürücünün 7 yaşlı qızı Abdıyev Səma Malik qızı, 57 yaşlı Abbasova Gülüş Salman qızı və 31 yaşlı Abdıyeva Afət Nizaməddin qızıdır.

Xatırladaq ki, bu gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Ağsunun Qaraqoyunlu kəndindən keçən hissəsində baş verən qəzada 10 nəfər xəsarət alıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan sürücü və sərnişinlər xəsarət alıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 nəfər xəstəxanaya çatdırılıb.

Fakta bağlı araşdırma aparılır.