Ukrayna “Eurovision 2019”da çıxış edəcək
    • 16-04-2019, 14:00
    • 1 065

Ukrayna “Eurovision 2019”da çıxış edəcək

Ukrayna may ayında İstarilin Tel-Əviv şəhərində baş tutacaq “Eurovision 2019” mahnı müsabiqəsində iştirak edəcək.

News24.az xəbər verir ki, bir müddət öncə yarışmaya qatılmaqdan imtina edən Ukrayna “Eurovision”da xüsusi qonaq kimi çıxış edəcək. Həmin gün səhnəyə 12 il öncə Ukraynanı sözügedən mahnı müsabiqəsində təmsil etmiş Verka Serduçka ləqəbli Andrey Danilko çıxacaq. O, İsrailə ötən il qalibiyyət gətirən Nettanın “Toy” mahnısını ifa edəcək.