Azərbaycan "Eurovision 2019" - Təmsilçi və mahnı - TİZER
    • 5-03-2019, 21:45
    • 1 589

Azərbaycan "Eurovision 2019" - Təmsilçi və mahnı - TİZER

Bu il Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının kimliyinin və mahnısının açıqlanacağı tarix bəlli olub.

News24.az xəbər verir ki, 8 marta təsadüf edəcək açıqlama ilə yanaşı,  mahnıya çəkilən klipin də təqdimatı baş tutacaq.

Təxminən yarım saat öncə ekran işinin tizeri təqdim olunub. Məhz həmin klipdən 18 saniyəlik görüntü yayılıb. Tizerda "Eurovision 2019" səhnəsində təmsilçimizin ifa edəcəyi mahnıdan qısa şəkildə istifadə olunub.

Qeyd edək ki, bu il İsrailin Tel-Əviv şəhərində təşkil olunacaq "Eurovision 2019" yarışması mayın 14-u, 16-si və 18-i tarixlərini əhatə edəcək.

Teymur MƏMMƏDOV