Taksi qiymətləri BAHALAŞDI - Xidmət haqqı əlavə edilir - FOTO
    • 2-02-2024, 10:07
    • 471

Taksi qiymətləri BAHALAŞDI - Xidmət haqqı əlavə edilir - FOTO

Azərbaycanda taksi qiymətləri bahalaşdı.

News24.az Trend-ə istinadən xəbər verir ki, sözügedən artım taksi xidməti ilə məşğul olan şirkətlərdən biri "UBER"-də qeydə alınıb.

Belə ki, artıq xidmət istifadəçilərindən gediş haqqından əlavə xidmət haqqı alınır.

"Hər gedişə 0,1 manat xidmət haqqı əlavə olunub. Bu, xidməti saxlamaq və inkişaf etdirmək üçün istifadəçilərdən alınan ödənişdir", - xidmətin mobil tətbiqində bildiriş edilib.