“Atamı kostyumda dəfn etmişik” - Video
    • 2-02-2024, 15:11
    • 393

“Atamı kostyumda dəfn etmişik” - Video

Əməkdar artist Cavanşir Məmmədov növbəti dəfə açıqlaması ilə diqqət çəkib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Gəl, danış” verilişində qonaq olan müğənni atasını kostyumda dəfn etdiklərini bildirib:

“Sağ ikən vəsiyyət etmişəm... Atam da sənət insanı olub. O, çox böyük sənətkar idi. Atam 32 il Dövlət Filarmoniyasında çalışıb. Onun üzərinə köynəyini, kostyumunu və qalstukunu geyindirdik və bu şəkildə dəfn etdik. Bəli! Molla mənə məsləhət verə bilər, amma əmr edə bilməz. Ailəmizin ağsaqqalı, atamı kostyumda dəfn ediblər”.

Məmmədov əlavə edib ki, dahi bəstəkar Üzeyir Hacıbəyovu da kostyumda dəfn ediblər: “Böyük xadimləri necə dəfn edirlər? Biz toyda peşman olarıq ki, bir dənə fonoqram oxuyaq. Səs ola bilər ki, xəstə olsun. Bəs molla necə olur ki, hər səhər saat 06:00-da, gündüz 13:00-da, axşam saat 20:00-da azanı fonoqramla oxuyur? Amma ona bir adam buna görə irad tutmur ki, qardaş, çıx mikrofonla, azanı canlı oxu. Türkiyədə azanı dinləyəndə insanın tükləri biz-biz olur, amma bizdə... Heç bilmirəm necə olur. Savadsızlıq və elmsizlik bizi bu günə salıb”.

O, həmkarı Nadir Qafarzadəninin bu mövzu ilə bağlı fikirlərini dəstəkləyib: “Çox düz deyib: “Mən öləndə heç kim dəfnə gəlməsin”. Yas yerinə mərhuma yaxın insanlar gəlməlidir. Əmioğlu, dayıoğlu, əmiqızı, əmioğlunun gəlməsinə gərək yoxdur. Tökülüşüb yasa gəlirlər. Həmin o yas yerində bir dənə araq çatmır, hamı yeyir-içir, noğuldan atır ağzına başlayır söhbətə ki, “Filan müğənnini kim saxlayır? Filan müğənni kimlə görüşür?”. Molla görür ki, yas xor akapellasına bənzəyir, orada öz iradını insanlara bildirir”.