Teymur Mustafayev dəfn EDİLDİ
    • 12-06-2020, 11:19
    • 2 938

Teymur Mustafayev dəfn EDİLDİ

Xalq artisti, xanəndə Teymur Mustafayev dəfn edilib.

Bu barədə News24.az-a Əməkdar artist Yusif Mustafayev məlumat verib: "Səhər tezdən cənazəni Bakıdan Cəlilabad rayonunun Alar kəndinə gətirdik. Elə indicə onu Alar kənd qəbiristanlığında, həyat yoldaşı və oğlunun yanında dəfn elədik. Dəfn mərasimində təxmini 100-ə yaxın adam iştirak edib amma tanınmışlar arasında məndən başqa heç kim gəlmədi. Mən öz borcumu yerinə yetirdim".

Sevda Bayramova