-
- 3-02-2024, 15:39
- 284
Rusiyanın Cənubi Koreyadakı səfiri XİN-ə çağırıldı
Koreya Respublikasının hakimiyyət orqanları Rusiyanın Seuldakı səfirini Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Koreya yarımadasında artan gərginliyin səbəbləri barədə dediyi sözlərə görə Xarici İşlər Nazirliyinə çağırıb.
News24.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, səfirə etiraz edilib.
Qeyd olunub ki, səfirə Rusiya XİN-nin Koreya yarımadasındakı vəziyyətə dair mövqeyi ilə bağlı etirazlar çatdırılıb.
Mehriban Mirzəzadə