-
- 1-01-2024, 09:00
- 254
ABŞ və Cənubi Koreya paytaxtları məhv olacaq - Kim Çen In açıqladı
Şimali Koreya lideri Kim Çen In qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları - Vaşinqton və Seulun məhv ediləcəyini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
“ABŞ-nin hiylələrini və onun qarşısını almağa çalışan Koreya Respublikasının ünsürləri daha da güclənəcək. Ordumuz düşmənləri amansızcasına darmadağın etməlidir”, – deyə agentliyin məlumatında bildirilir.
Qeyd olunur ki, Kim Çen In düşmənlərini məhv etmək üçün bütün hərbi arsenalından istifadə etməyə hazırdır.
Bundan əvvəl Şimali Koreya lideri bəyan etmişdi ki, Koreya yarımadasında münaqişənin gərginləşməsi mümkündür.