Türkiyədə helikopter qəzası: Ölənlər var
    • 4-02-2024, 08:48
    • 191

Türkiyədə helikopter qəzası: Ölənlər var


Türkiyədə helikopter qəzası baş verib, iki pilot ölüb.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Hataydan Qaziantepə uçan helikopter Nurdağı mahalının Kartal kəndi ərazisində qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterdə olan iki pilot ölüb, texniki işçi isə yaralanıb.