Cənubi Koreyada helikopter qəzaya uğrayıb: 1 nəfər ölüb, 2 nəfər yaralanıb
    • 16-05-2022, 12:56
    • 255

Cənubi Koreyada helikopter qəzaya uğrayıb: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Cənubi Koreyanın cənubundakı Geoje sahil şəhərinin Seonja dağı yaxınlığında yerli vaxtla saat 08:40 radələrində helikopter qəzaya uğrayıb.

News24.az xəbər verir ki, qəzaya uğrayan helikopterdə olan 3 nəfərdən 1-i həyatını itirib, 2-si isə ağır yaralanıb.

Dağda davam edən yol işləri üçün avadanlıq daşıyan helikopterdə 60 yaşlarında bir pilot, ikinci pilot və 30 yaşlarında olduğu təxmin edilən mühəndis olub.

Ağır yaralanan 3 nəfər xəstəxanaya çatdırılarkən, pilotun öldüyü təsdiqlənib.