Azərbaycan Premyer Liqasında XXI turun növbəti oyunları keçiriləcək
    • 4-02-2024, 10:17
    • 173

Azərbaycan Premyer Liqasında XXI turun növbəti oyunları keçiriləcək


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.

News24.az xəbər verir ki, ilk olaraq “Sumqayıt” “Neftçi”ni qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlanacaq.

Günün ikinci oyununda “Zirə” “Qəbələ”nin qonağı olacaq. Görüş saat 17:30-da start götürəcək.