Gürcüstandan Ermənistana gedən yol bağlandı
    • 4-02-2024, 20:16
    • 209

Gürcüstandan Ermənistana gedən yol bağlandı

Gürcüstandan Ermənistan sərhədinə gedən yol bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə "Sputnik" agentliyinin Gürcüstan bölməsi məlumat yayıb.

Qar fırtınası və bunun fonunda görmə sahəsinin məhdudlaşması səbəbindən Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda dövlət əhəmiyyətli avtomobil yolunun 94-110-cu km-də (Paravani aşırımı) qadağa tətbiq edilib.