Gürcüstandan gələn şəxsdən marixuana aşkar edilib
    • 24-11-2018, 14:45
    • 832

Gürcüstandan gələn şəxsdən marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi "Toyota Tundra" markalı avtomobil saxlanılıb.

Bu barədə DGK-dən məlumat verilib.
Gürcüstandan gələn nəqliyyat vasitəsinə rentgen baxışı zamanı avtomobildə olan çantalardan birində bıçaq müəyyən edilib. Bundan sonra çantalar yoxlanıb. Nəticədə digər çantada - siqaret qutusunun içində, ümumu çəkisi 8 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.

//Report