İnnovativ “aptek robotu” buraxıldı - FOTO
    • 5-02-2024, 17:24
    • 166

İnnovativ “aptek robotu” buraxıldı - FOTO

Moskvada, Voroxobov adına 67 saylı Şəhər Klinik Xəstəxanasında unikal “robot aptek” fəaliyyətə başlayıb. 

News24.az bildirir ki, bu barədə paytaxt meri Sergey Sobyanin məlumat verib. 

O bildirib ki, orada bütün proseslər, o cümlədən dərman vasitələrinin buraxılması, uçotu və saxlanması tam avtomatlaşdırılıb.

"Yüksək texnologiyalı sistem gündəlik tapşırıqları yerinə yetirir: o, dərmanların son istifadə tarixini, çatdırılma qeydlərinə uyğunluğunu yoxlayır, həmçinin insan müdaxiləsi olmadan xəstəxana şöbələri üçün sifarişlər qəbul edir. Bu da həkimlərin işini xeyli asanlaşdırır və sürətləndirir", - deyə o bildirib.

Qeyd edək ki, aptek robotu layihəsi pilot layihədir. Uğurlu hesab edilərsə, təcrübə Moskvanın digər xəstəxanalarına da şamil ediləcək.

Nəzrin