XİN: "Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır"
    • 5-02-2024, 17:29
    • 247

XİN: "Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır"

Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Ermənistanın döşədiyi minaların qurbanlarının sayı 344-ə çatıb.

"Son iki gündə mina partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb. 2020-ci ilin sonundan bəri mina partlaması nəticəsində 65 nəfər həlak olub",- paylaşımda qeyd edilib.