Britaniya kralı xərçəngə yoluxub?
    • 5-02-2024, 22:36
    • 282

Britaniya kralı xərçəngə yoluxub?

Böyük Britaniya kralı III Çarlza xərçəng diaqnozu qoyulub.

News24.az xəbər verir ki, bu barədə Bukinqem Sarayı məlumat yayıb.

Məlumata görə, III Çarlz müalicə kursuna başlasa da, dövlət vəzifələrini yerinə yetirməyə və sənədlərlə işləməyə davam edəcək.

Xatırladaq ki, Böyük Britaniya kralı III Çarlz ötən ayın sonu əməliyyatdan sonra xəstəxanadan evə buraxılmışdı.

Mehriban Mirzəzadə