Britaniya Kralı III Çarlzın Fransaya səfəri təxirə salındı
    • 24-03-2023, 15:59
    • 329

Britaniya Kralı III Çarlzın Fransaya səfəri təxirə salındı

Böyük Britaniya Kralı III Çarlzın Fransaya səfəri təxirə salınıb.

News24.az
xəbər verir ki bu barədə Yelisey sarayı məlumat yayıb.

Britaniya Baş nazirinin Ofisindən bildirilib ki Kral III Çarlzın Fransaya dövlət səfəri Fransa Prezidenti Emmanuel Makronun xahişindən sonra təxirə salınıb.

Böyük Britaniya hökuməti əlavə edib ki, qərar "Fransa prezidenti Britaniya hökumətindən səfəri təxirə salmağı xahiş etdikdən sonra bütün tərəflərin razılığı ilə qəbul edilib".

Fransanın Yelisey Sarayı, qərarın çərşənbə axşamına planlaşdırılan aksiyaya görə verildiyini bildirib.
Britaniya Kralının Paris və Bordoya səfəri bazar günü başlamalı idi.

Bukingem Sarayı gecikmənin "Fransadakı vəziyyət"lə əlaqədar olduğunu təsdiqləyərək: "Əlahəzrət uyğun tarixdə Fransaya səfər etmək fürsətini səbirsizliklə gözləyir" açıqlamasında bildirib.