Güclü qar həyatı iflic edib
    • 6-02-2024, 08:13
    • 410

Güclü qar həyatı iflic edib


Güclü qar yağması nəticəsində Tokio yaxınlığında avtomobil və dəmir yolu nəqliyyatı qismən bağlanıb.

News24.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Yol İnformasiya Mərkəzi məlumat yayıb.

Fırtınanın fəsadları aradan qaldırılana qədər paytaxtda bir çox avtomobil yolunun girişləri bağlanıb. Sürücülərdən qış təkərləri və təkərlərində zəncir taxmayan nəqliyyat vasitələrini idarə etməkdən çəkinmələri xahiş olunur.

Tokio bölgəsində hələ də bəzi qatar xətləri işləmir. Gün ərzində nəqliyyatın hərəkətinin tam bərpası planlaşdırılır. Paytaxtın hava limanlarında ümumilikdə 27 reys təxirə salınıb.