Güclü yağış həyatı iflic etdi
    • 3-09-2023, 19:18
    • 241

Güclü yağış həyatı iflic etdi

İspaniyanın mərkəzi və şərq bölgələrində güclü yağış həyatı iflic edib.

News24.az xarici mediaya istinadən xəbər verir, paytaxt Madrid və Toledoda "qırmızı xəbərdarlıq" elan edilərkən, bir çox qatar səfərləri ləğv edilib, bəzi yollarda isə nəqliyyatın hərəkəti dayanıb.  

Rekord yağıntının gözlənildiyi Madriddə yerli hökumət vətəndaşların cib telefonlarına mesaj göndərərək, güclü yağış səbəbindən məcbur olmadıqca avtomobillərindən istifadə etməmələrini və evdə qalmalarını bildirib. 

Digər tərəfdən kvadrat metrə 100 litrdən çox yağıntı düşən Hueska şəhərində 31 və 34 yaşlı iki alpinistin həyatını itirdiyi açıqlanıb. 

Bundan əlavə, La Liqanın üçüncü həftəsində bu axşam oynanılmalı olan "Atletiko Madrid" - "Sevilya" matçı da təxirə salınıb.

Günəş Mərd