Mehriban Əliyevanın tapşırığı ilə Cavanşir Quliyevin müalicəsinə dəstək verilir
    • 6-02-2024, 10:09
    • 185

Mehriban Əliyevanın tapşırığı ilə Cavanşir Quliyevin müalicəsinə dəstək verilir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.

News24.az bildirir ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib.

74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib.

Onun beyninə qan sızdığı bildirilir.