Mehriban Əliyevadan tapşırıq: onlara 10 min manat verilir
    • 24-02-2023, 15:24
    • 277

Mehriban Əliyevadan tapşırıq: onlara 10 min manat verilir

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə maddi yardım göstərilir.

News24.az  xəbər verir ki, həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədilə hazırda Heydər Əliyev Fondu tərəfindən 10 min AZN məbləğində maddi yardım verilir.

Xatırladaq ki, çoxsaylı insan tələfatına səbəb olmuş faciə nəticəsində Adıyaman, Kahramanmaraş və Malatyada  həlak olanlar arasında azərbaycanlılar da var idi.