Hərbi helikopter qəzaya uğradı: 4 nəfər öldü
    • 6-02-2024, 11:35
    • 157

Hərbi helikopter qəzaya uğradı: 4 nəfər öldü

Kolumbiya silahlı qüvvələrinə məxsus helikopter ölkənin qərbində hərbi bazaya çırpılıb.

News24.az xəbər verir ki, bu bardə “Karakol” məlumat yayıb.

Qeyd edək ki, qəza nəticəsində 4 nəfər ölüb.

Məlumata görə, “Black Hawk” helikopteri Choco departamentinin Unqiya şəhəri yaxınlığında yerləşən hərbi baza yaxınlığında qəzaya uğrayıb. Təyyarədə yeddi nəfər olub.

Hadisənin başvermə səbəbi məlum deyil. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Mehriban Mirzəzadə