Keniyada hərbi helikopter qəzaya uğrayıb
    • 19-09-2023, 19:03
    • 165

Keniyada hərbi helikopter qəzaya uğrayıb

Keniya Hərbi Hava Qüvvələrinə məxsus helikopter ölkənin şimalında qəzaya uğrayıb.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə Keniya Müdafiə Nazirliyinin nümayəndəsi Zipora Kioko məlumat verib.

“Helikopter “Amani Boni” adlı əməliyyat çərçivəsində havadan müşahidə aparırdı”, - o deyib.

“Garowe” portalının məlumatına görə, helikopterin qəzaya uğraması nəticəsində azı 8 hərbçi ölüb.

Bildirilib ki, helikopter Somali ilə sərhəd yaxınlığında qəzaya uğrayıb.