-
- 17-04-2019, 11:11
- 948
Bakıda quşçuluq müəssisəsindən oğurluq edən gözətçi saxlanılıb - VİDEO
Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən quşçuluq müəssisələrindən birindən oğurluq edilib. Zərərçəkən şəxs Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, bu ilin yanvar-aprel ayları ərzində müəssisədən külli miqdarda toyuq və toyuq məhsulları naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı dərhal əməliyyat-istintaq qrupu yaradılıb hadisə yerinə baxış keçirilib.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin müəssisənin gözətçisi paytaxt sakini Elşad Ağayev saxlanılıb. O, ifadəsində gecə növbəsində olan zaman dəfələrlə müəssisənin anbarından toyuq və toyuq məhsulları oğurladığını bildirib. Araşdırma zamanı E.Ağayevin oğurladığı məhsulları paytaxt ərazisində yerləşən bir neçə mağazaya ucuz qiymətə satdığı məlum olub.
Qeyd edək ki, oğurluq toyuq məhsulların satıldığı 3 mağazanın sahibinin şəxsiyyəti polislər tərəfindən müəyyən edilib və onların da müvafiq olaraq izahatları alınıb. Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın gedişi zamanı quşçuluq müəssisəsinə dəyən maddi ziyanın miqdarına aydınlıq gətiriləcək.