-
- 6-02-2024, 17:17
- 302
Həkimlər xəstə yanına at arabasında getdilər - MARAQLI GÖRÜNTÜLƏR
Tula vilayətinin həkimləri yolun qardan təmizlənməməsi səbəbindən at arabasında xəstənin yanına getməli olublar.
News24.az bildirir ki, bu barədə Myslo Telegram kanalı məlumat yayıb.
Məlumata görə, 85 yaşlı Malaya Karateevka sakini yüksək təzyiqdən şikayət edib və buna görə təcili tibbi yardım çağırıb. Lakin köməyə gedən təcili tibbi yardım qrupunun avtomobili qarda ilişib qalıb.
Həkimlər dərhal yoldan keçən at arabasına miniblər və xəstəyə ilkin yardım ediblər.
Həmin maraqlı görüntüləri təqdim edirik:
Nəzrin