-
- 22-04-2019, 16:45
- 1 909
"Direktorun 4 bəndlə cəzalandırılmasını tələb edirəm" – Elinanın anası FƏRYAD EDİR
“Mən qızımı ölümə yaxınlaşdıran məktəb direktoru Sevinc Abbasovaya verilən cəzadan narazıyam”.
Bu sözləri News24.az-a açıqlamasında özünü oxuduğu 162 saylı məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elinanın anası Sevil Hacıyeva deyib.
O bildirib ki, həmin Sevinc Abbasovaya ən ağır cəzanı layiq bilir: “Mən hazırda ekspertizanın nəticəsini gözləyirəm. Üçüncü gün ekspertizanın rəyi açıqlanacaq. Və məhz bundan sonra biz hansı addımlar atacağımızla bağlı qərar verəcəyik. Çox maraqlıdır ki, həmin Sevinc Abbasovanın məhkəməsi günü bizə xəbər belə etməyiblər. Həmin məhkəmənin necə baş tutduunu və qərarla bağlı mətbuatdan xəbər tutdum. Mən həmin direktorun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 4 bəndiylə cəzalanadırılmasını tələb edirəm və edəcəyəm”.
S.Hacıyeva onu da deyib ki, ekspertizanın rəyi açıqlandıqdan sonra Sevinc Abbasovanı şəxsən özü məhkəməyə verəcək.
Yeganə Rzaxanova