Tolikin verilişində sünnət toyu - FOTOLAR
    • 31-07-2018, 10:30
    • 2 158

Tolikin verilişində sünnət toyu - FOTOLAR

Prodüser Tarix Əliyev növbəti dəfə xeyirxah addım atıb. 

Belə ki, o, "EGE Hospital"ın köməkliyi ilə 22 uşağı təmənnasız sünnət etdirib. 

Prodüser "Hər şey daxil" verilişində həmin uşaqların toyunu da həyata keçirib. Proqramda T.Əliyevlə birgə rəqqasə Fatimə də aparıcılıq edib. 

Mərasimə müğənnilər Nazənin Salayeva, Roza Zərgərli, Samir Piriyev, Rəvan Qarayev, Rahidə Baxışova, Orxan Babazadə, Əhməd Mustafayev, Elşad Şükürov, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qatılıb. 

Teymur Məmmədov