-
- 7-02-2024, 21:00
- 403
Sinədə ağrı hiss edirsinizsə bunları edin, yoxsa...
Mütəxəssislər miokard infarktının ilkin əlamətlərini açıqlayıblar.
News24.az Lent.az-a istinadən xəbər verir ki, miokard infarktının ən ümumi və xarakterik əlamətləri arasında sinə bölgəsindəki ağrıdır. Bu ağrı şiddətli, sıx və ya yüngül bir narahatlıq kimi özünü göstərə bilər.
Xəstə sinədə təzyiq, yanma və ya sıxıcı ağrı hiss edə bilər. Bu hisslər təkcə sinə nahiyəsində deyil, həm də sol qol, çiyin, boyun, çənə və belə də yayıla bilər. Ancaq yadda saxlamaq lazımdır ki, infarkt əlamətləri həmişə sinə ağrısı ilə müşayiət olunmur.