Prezident seçkilərinin ilkin nəticələri açıqlanıb, İlham Əliyev qalib gəlib
    • 7-02-2024, 23:30
    • 294

Prezident seçkilərinin ilkin nəticələri açıqlanıb, İlham Əliyev qalib gəlib


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

News24.az xəbər verir ki, Məzahir Pənahov bildirib ki, hazırda 125 dairədən 117 dairə, 6537 seçki məntəqəsindən 3561-i hesabat verib.

MSK sədri qeyd edib ki, 3529332 seçicidən 2 715 680-i səs verib: "MSK-ya 3561 protokol daxil olub və 2 715 667 bülleten sayılıb”.

Ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:

- İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);

- Zahid Oruc - 2,20 faiz;

- Fazil Mustafa - 1,99 faiz;

- Qüdrət Həsənquliyev - 1,78 faiz;

- Razi Nurullayev - 0,79 faiz;

- Elşad Musayev - 0,66 faiz;

- Fuad Əliyev - 0,48 faiz;

Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,10 %-ni toplayaraq qalib gəlib.