Prezident seçkilərinin ilkin nəticələrinin saat 21.00-da açıqlanması gözlənilir
    • 7-02-2024, 08:43
    • 111

Prezident seçkilərinin ilkin nəticələrinin saat 21.00-da açıqlanması gözlənilir

Seçki məntəqələrinin 50-60 faizindən səsvermə ilə bağlı nəticələr Mərkəzi Seçki Komissiyasının monitorunda öz əksini tapdıqdan sonra artıq ilkin mənzərə aydınlaşacaq.

News24.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri seçkinin ilkin nəticələrini saat 21.00-da açıqlamağı gözlədiklərini bildirib.