Afrika kubokunun finalçıları bəlli olub
    • 8-02-2024, 08:12
    • 1 145

Afrika kubokunun finalçıları bəlli olub


Kot-d'İvuarın millisi futbol üzrə Afrika Millətlər Kubokunun yarımfinalında Konqo Demokratik Respublikası komandasına qalib gəlib.

News24.az xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb.

Yeganə qolu Sebastyen Aller vurub.Fevralın 11-də keçiriləcək turnirin əsas oyununda Kot-d'İvuar yarımfinal matçında Cənubi Afrikaya qalib gələn Nigeriya ilə qarşılaşacaq. Əsas və əlavə vaxtda oyun 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında nigeriyalılar qalib gəliblər (4:2).