Həndbol üzrə Azərbaycan millisi Malta yığmasına qalib gəlib
    • 14-01-2019, 13:25
    • 1 107

Həndbol üzrə Azərbaycan millisi Malta yığmasına qalib gəlib

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirakını başa vurub.

Yığmamız Maltanın Kospikua şəhərinin “Kottonera Sports Kompleks” Arenasında Kipr millisinə 17:25, Gürcüstana isə 25:30 hesabı ilə məğlub olub. Sonuncu oyunda Malta ilə qarşılaşan hədbolçularımız 27:24 hesabı ilə qalib gəliblər.
Hesabında 2 xal olan Azərbaycan millisi növbəti mərhələyə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, 2022-ci ildə Macarıstan və Slovakiyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının növbəti təsnifat mərhələsinə Kipr millisi qrup lideri kimi adlayıb.

//AZƏRTAC