Putinin Türkiyə səfəri TƏXİRƏ DÜŞDÜ
    • 8-02-2024, 12:07
    • 166

Putinin Türkiyə səfəri TƏXİRƏ DÜŞDÜ

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə fevralın 12-nə planlaşdırılan səfəri təxirə salınıb. 

News24.az xəbər verir ki, bu barədə Rusiyanın “RİA Novosti” agentliyinə Ankaradakı diplomatik mənbə məlumat verib.

Qeyd olunur ki, səfərin təxirə salınmasına səbəb martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləridir. Eyni mənbənin məlumatına görə, Rusiya prezidentinin Türkiyəyə səfəri aprelin sonu və ya mayın əvvəlində baş tutacaq.

Xatırladaq ki, daha əvvəl Putinin mətbuat katibi Dmitri Peskov səfərin konkret tarixləri barədə vaxtı gələndə məlumat verəcəklərini bildirmişdi.

Qumral