Putin Türkiyəyə gedəcək
    • 22-01-2024, 11:21
    • 161

Putin Türkiyəyə gedəcək

Ankara Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda Türkiyəyə işgüzar səfər edəcəyini gözləyir.

News24.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat verilib.

Bildirilib ki, səfərin dəqiq tarixi məlum olmasa da, Rusiya liderinin fevralın 12-də Türkiyəyə səfər edəcəyi ehtimal edilir. 

Kreml Putinin səfəri barədə vaxtında məlumat verəcəklərini bildirib. 

Xatırladaq ki, ötən ilin dekabrında Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırıb, lakin Türkiyə prezidentinin ağır iş qrafikinə görə liderlərin görüş baş tutmayıb. 

Qumral