Kremldən Putinin Türkiyə səfəri ilə bağlı AÇIQLAMA
    • 23-01-2024, 16:48
    • 155

Kremldən Putinin Türkiyə səfəri ilə bağlı AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixləri ölkə liderləri razılaşan kimi açıqlanacaq, tərəflərin danışıqları gündəmdədir.

News24.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, Putinin səfərinin fevralın 12-də baş tutacağı gözlənilir. Bu barədə yanvarın 20-də “Türkiyə” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Daha öncə Putin və Rəcəb Tayyib Ərdoğan görüşməyi planlaşdırsa da, Türkiyə prezidentinin qrafikinə görə liderlərin görüşü mümkün olmayıb.

Qumral