Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı - TƏSİRLİ FOTOLAR
    • 8-02-2024, 15:20
    • 391

Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı - TƏSİRLİ FOTOLAR

Torpaq sürüşməsinin baş verdiyi İmereti bölgəsinin Bağdati bələdiyyəsində doqquzuncu şəxsin meyiti tapılıb.

News24.az xəbər verir ki, bu barədə məlumatı fövqəladə hallar idarəsi təsdiqləyib.

Axtarış-xilasetmə işlərinin aparıldığı torpaq kütləsinin hündürlüyünün 30 metr olduğu bildirilir.

Məlumat üçün bildirək ki, Bağdati bələdiyyəsinin Nergeeti kəndində gecə saatlarında torpaq sürüşməsi baş verib. Nəticədə bir neçə ev torpaq altında qalıb.