-
- 9-02-2024, 09:00
- 383
Xəzərdə zəlzələ oldu
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, saat 05.49-da Qala stansiyasından 145 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə News24.az-a Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələnin maqnitudası 3,9, yeraltı təkanların dərinliyi 62 km olub.