Səfir Pərvin Mirzəzadə San-Marinonun yeni fəxri konsolu ilə görüşüb
    • 17-04-2019, 15:34
    • 1 336

Səfir Pərvin Mirzəzadə San-Marinonun yeni fəxri konsolu ilə görüşüb

Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə San-Marino Respublikasının yeni təyin edilmiş fəxri konsulu Rasim Qasımovu qəbul edib. 

Bu barədə News24.az-a XİN-nin mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı Rasim Qasımov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə fəxri konsulu Rasim Qasımova gələcək fəaliyyətində uğurlar arzu edib. 

Görüşdə Azərbaycan ilə San-Marino arasındakı münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.