-
- 9-04-2019, 18:23
- 1 118
Pərvin Mirzəzadə Monteneqronun yeni təyin olunmuş müvəqqəti işlər vəkili ilə GÖRÜŞDÜ
Xarici İşlər Nazirliyi (XİN) Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib. Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Zelko Raduloviçi qəbul edib. XİN-dən News24.az-a verilən məlumata görə, Pərvin Mirzəzadə Z.Raduloviçə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib.
Monteneqronun Azərbaycanda diplomatik nümayəndəliyinin fəaliyyətə başladığını qeyd edən montereqtolu diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Bu xüsusda, o, Monteneqro Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəliyin açılması ilə bağlı məktubunu səfir P.Mirzəzadəyə təqdim edib.
Görüşdə Azərbaycan və Monteneqro arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.