Xanım sürücü yol polisinə: "Niyə hamının getdiyi yol ilə getməliyəm"? - VİDEO
    • 17-04-2019, 15:52
    • 939

Xanım sürücü yol polisinə: "Niyə hamının getdiyi yol ilə getməliyəm"? - VİDEO

Sosial şəbəkələrdə xanımla həyat yoldaşının avtomobildəki söhbətlərindən ibarət video izləyənlərin marağına səbəb olub.

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, zarafat məqsədilə çəkilən videoda xanım sürücü yol polisinin “tez sür” hərəkətini tərsinə başa düşərək dairəni dəfələrlə dönüb.

Prospektdə niyə əks istiqamətdə hərəkət etdiyini soruşanda isə xanımın cavabı maraqlı olub. “Niyə mən hamının getdiyi yol ilə getməliyəm? Qoy onlar mən gedən yol ilə getsinlər.”

Videonu təqdim edirik: