"Lap dibə düşüb, biabırçı olmayın" - Nüşabə Ələsgərli
    • 11-02-2024, 08:15
    • 216

"Lap dibə düşüb, biabırçı olmayın" - Nüşabə Ələsgərli


"Komersiya mahnıları oxumalıyıq. Biz iqtisadiyyatı bilməliyik. Çünki evi dolandırmalıyıq".

Bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Bu axşam" proqramında deyib. Müğənni bayağı mahnılardan söz açıb:

"İldə bir dəfə elə mahnı oxuya bilərik. Lap dibə düşmək, biabırçı olmaq lazım deyil. Kommersiya mahnılarının da yaxşısı var. El şənliklərində oxumaq üçündür. Hər zaman ciddi mahnı olmaz ki..." (Axşam.az)