-
- 17-04-2019, 18:13
- 1 723
2019-cu ilin ilk üç ayında 11,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-mart aylarında 11,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilib.
News24.az-a verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artıb. Sənaye məhsulunun 71,7 faizi mədənçıxarma sektorunda, 22,9 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 0,4 faiz, əmtəəlik qaz hasilatı isə 36,0 faiz artıb. Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, içkilərin istehsalı 78,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 72,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 59,3 faiz, mebel istehsalı 58,7 faiz, əczaçılıq məhsullarının istehsalı 44,0 faiz, kağız və karton istehsalı 34,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 32,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,0 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, tikinti materiallarının istehsalı 8,5 faiz, tütün məmulatlarının istehsalı 7,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 5,0 faiz, poliqrafiya məhsullarının istehsalı 3,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 2,6 faiz artmış, metallurgiya sənayesi məhsullarının istehsalı 13,9 faiz, elektrik avadanlıqlarının istehsalı 15,0 faiz, hazır metal məmulatlarının istehsalı 22,6 faiz, geyim istehsalı 28,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 36,0 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,3 faiz artıb.