Cavanşir Quliyevin vəfat etməsi xəbəri yayıldı - FOTO
    • 12-02-2024, 08:50
    • 2 047

Cavanşir Quliyevin vəfat etməsi xəbəri yayıldı - FOTO

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.

News24.az bildirir ki, lakin APA-nın apardığı dəqiqləşmədən sonra məlum olub ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.

Heydər Əliyev Fondundan isə APA-ya bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.

Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.


***

İstanbulda Acıbadəm Xəstəxanasına yerləşdirilən Əməkdar incəsənət xadimi Cavanşir Quliyev vəfat edib.

News24.az bildirir ki, bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.

Qeyd edək ki, o  beyninə qan sızma diaqnozu ilə tibbi nəzarətə götürülmüşdü.