Tanınmış bəstəkar əməliyyat olundu- FOTO/VİDEO
    • 2-08-2022, 10:19
    • 386

Tanınmış bəstəkar əməliyyat olundu- FOTO/VİDEO

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev əməliyyat keçirib. 

News24.az xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib:

"Bakı CeLaMİG göz klinikasının çalışanlarına, xüsusilə mənə dünyanın rənglərini yenidən göstərən cərrah Nərgiz xanım Kəlbiyevaya təşəkkür edirəm",-deyə Cavanşir Quliyev yazıb.